Almaniyanın müstəmləkə dövründə Afrika ölkələrindən götürülmüş və talan edilmiş qiymətsiz əsərlər geri qaytarılacaq.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə alman rəsmilər
bildirib.
Berlində yerləşən və paytaxtın bir çox muzeylərini idarə edən Prussiya Mədəni İrs Fondu artefaktların Namibiya, Tanzaniya və Kameruna qaytarılması ilə bağlı danışıqlara başladığını bildirib.
Fondun bildirdiyinə görə, geri qaytarılacaq artefaktlar arasında Kamerunun şimal-qərbindəki Nso xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən ana ilahə Nqonnsonun heykəli də var.
Heykəl onu Nsodan zorla alan bir alman müstəmləkə zabiti tərəfindən 1903-cü ildə Berlin Etnologiya Muzeyinə bağışlanıb.
Fond həmçinin zərgərlik, alətlər və moda əşyaları da daxil olmaqla 23 artefaktın Namibiyaya daimi qaytarılmasını təsdiqləyib. 1884-cü ildən 1919-cu ilə qədər müstəmləkə dövründə oğurlanan əşyalar da keçən ay tədqiqat məqsədilə Namibiyaya göndərilib və orada qalacaq.
Fond bildirib ki, onun prezidenti, həmçinin 20-ci əsrin əvvəllərində Maji Maji üsyanı və digər münaqişələr zamanı Almaniyanın Tanzaniyadan ələ keçirdiyi obyektləri geri qaytarmaq üçün müqavilə imzalamaqla səlahiyyətləndirilib.
Nurlan Hüseynov
Şərhlər