Xəbər lenti

Almaniyada siyasətçilərə qarşı sui-qəsd planı: Merkel, Şolts, Berbok...
Dünya 10:54 13.11.2025

Almaniyada siyasətçilərə qarşı sui-qəsd planı: Merkel, Şolts, Berbok...

Almaniyada siyasətçilərə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan bir şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Dortmund şəhərində yaşayan 49 yaşlı Martin S. adlı şübhəlinin "qaranlıq şəbəkə” (darknet) üzərindən "siyasətçi sui-qəsdi” adlı sayt yaratdığı və bu sayt vasitəsilə alman siyasətçilərinə qarşı sui-qəsd həyata keçirmək üçün pul topladığı iddia olunur. 

"Spiegel” jurnalının məlumatına görə, siyahıda keçmiş kanslerlər Olaf Şolts və Angela Merkel, həmçinin sabiq federal səhiyyə naziri Karl Lauterbah və sabiq xarici işlər naziri Annalena Berbok da yer alıb.

İstintaqın məlumatına əsasən, həm Almaniya, həm də Polşa vətəndaşı olan Martin S.-yə terrorizmin maliyyələşdirilməsi, dövlətə qarşı təhlükə yaradan ağır zorakılıq əməlini təşviq etmə və şəxsi məlumatların yayılması kimi ittihamlar irəli sürülüb. Bundan əlavə, onun ifrat sağçı "Reichsbürger” ("İmperiya vətəndaşları”) təşkilatının üzvü olduğu müəyyən edilib.

Dortmundda saxlanılan şübhəli, həbs tələbi ilə Federal Məhkəmənin yerləşdiyi Karlsrue şəhərinə aparılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->