İdman 18:59 03.05.2022

"Şamaxı"nın baş məşqçisi: "Qalib gələ bilmədiyimiz üçün məyus olduq"

"Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm".

"Report"un məlumatına görə, bunu "Şamaxı"da baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev evdə "Səbail”lə qolsuz bərabərə qaldıqları Premyer Liqanın XXV tur matçından sonra deyib.

O bildirib ki, futbolçular verilən tapşırıqları yerinə yetiriblər: "Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq".

Mütəxəssis matçın sonlarındakı mübahisəli epizoda da toxunub: "Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır".