Xəbər lenti

Amnistiya aktı kimlərə şamil oluna bilər? - Hüquqşünas
Ölkə 11:41 16.12.2025

Amnistiya aktı kimlərə şamil oluna bilər? - Hüquqşünas

"Adətən amnistiya ağır, xüsusi ilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətləri edən şəxslərə şamil edilmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya aktının kimlərə şamil oluna bilər sualını cavablayarkən deyib. Onun sözlərinə görə, bu məsələlər amnistiya aktının yekun mətnində göstəriləcək:

"Bu amnistiya aktı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra konstitusiyanın onun bütün ərazisinə şamil edilməsi münasibəti ilə qəbul edilir. Miqyas etibarı ilə daha böyük olacaq. Əgər 2021-ci ildə amnistiya aktı 17 min 200-dən çox şəxsə şamil edilmişdisə, 2025-ci il amnistiya aktı 20 mindən yuxarı şəxsə şamil edilə bilər”.

Əliməmməd Nuriyev hesab edir ki, gözlənilən qərarla təxminən 5 mindən çox məhkum azadlıqdan mərhumetmə cəzasından azad edilə bilər:

"Minlərlə şəxsin cəzası azaldıla və ya dəyişdirilə bilər. Düşünürəm ki, bu, Azərbaycanda ən geniş amnistiya aktlarından biri olacaq”. 
 
 

Əliməmməd Nuriyev belə humanist addımına görə, Prezident İlham Əliyevə minnətdarlıq edib:

"Prezidentin bu təşəbbüsünü alqışlayrıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrıb 15-də Yeni il bayramı ilə əlaqədar amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->