Xəbər lenti

ANAMA-dan vətəndaşlara müraciət
Ölkə 22:28 01.05.2023

ANAMA-dan vətəndaşlara müraciət

ANAMA vətəndaşlara müraciət edib.

Qaynarinfo xəbər verir ki, qrumun yaydığı məlumatda deyilir:

Son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən:

Qaydalara riayət etməmək

Təhlükəsiz ərazilərdən kənara çıxmaq

Xəbərdaredici nişanların tələblərinə riayət etməmək

Məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

Qeyd olunub ki, bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->