Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi yaradılıb.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Bundan başqa querumun İdarə Heyətinin tərkibi genişləndirilib. Fərmanla Agentliyin İdarə Heyətinin sayı artırılaraq 4 edilib.
Əvvəl isə Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ibarət idi.
Şərhlər