İdman 14:30 18.03.2024

Argentinada bu futbolçuya görə oyun yarımçıq dayandırıldı (VİDEO)

Argentina çempionatında baş tutan "Estudiantes” - "Boka Xuniors” matçı xoşagəlməz səbəbdən yarımçıq dayandırılıb.

Qaynarinfo-nun məlumatına görə, görüş "Estudiantes"in çilili yarımmüdafiəçisi Xavyer Altamiranonun 27-ci dəqiqədə huşunu itirib yerə yıxılmasından sonra yarımçıq dayandırılıb. Oyun vaxtı epileptik hücuma məruz qalan və yerli komandanın təcili yardım avtomobili ilə stadiondan çıxarıldıqdan sonra hər iki komandanın kapitanı Xose Sosa və Edinson Kavani, həmçinin məşqçilər Eduardo Domingez və Dieqo Martinez hakimi oyunu dayandırmağa səsləyib.

Argentina Peşəkar Futbol Liqası komandaların qalan 63 dəqiqəni nə vaxt tamamlayacaqları haqqında qərar verməlidir. 

"Estudiantes”in rəsmilərinin açıqlamasına görə, Altamirano huşunu itirdikdən sonra Platense Tibb İnstitutuna köçürülüb.

Səbuhi Həsənov