XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi (FOTO)
Ölkə16:32 20.09.2026

Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi (FOTO)

20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub.

Qaynarinfo xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd Xocavəndin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qeyd etmək, xalqımızın zəfər tarixini yaşatmaqdır.

Eyni zamanda, Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli və maraqlı keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası formalaşdırmaqdır.

Gün boyu davam edəcək tədbirdə bir sıra mədəni - kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Günün sonunda Xocavənd Şəhəri günü münasibətilə atəşfəşanlıq gözlənilir.