Xəbər lenti

İdman 14:22 28.10.2022

"Arsenal"ın sabiq futbolçusu supermarketdə bıçaqlandı

"Arsenal"ın sabiq futbolçusu Pablo Mari İtaliyada ticarət mərkəzinlərinin birində bıçaqlanıb.

Qaynarinfo xəbər verir ki, keçmiş müdafiəçi bıçaqlı hücum nəticəsində ağır yaralanıb. "Ekspress"də çıxan xəbərə görə, Milanda baş verən hadisə nəticəsində ən azı 5 nəfər yaralanıb. 

"Arsenal”dan icarə əsasında A Seriyasının "Monza” klubuna keçən müdafiəçi də daxil, üç nəfərin vəziyyətinin "ağır” olduğu bildirilib. İddiaya görə, hücum yerli vaxtla saat 18:30 radələrində supermarketdə baş verib.

Bildirilib ki, hücum edən şəxs supermarket rəfindən götürdüyü bıçaqla "təsadüfi” müştərilərə xəsarət yetirib. 

29 yaşlı ispan müdafiəçi karyerasına Mayorkada başlayıb. 2020-ci ildə "Arsenal”ın heyətində 12 oyunda iştirak edib, daha sonra "Monza”ya icarəyə verilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->