XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Astarada əncir ağacından yıxılan 60 yaşlı kişi öldü
Ölkə20:00 15.08.2026

Astarada əncir ağacından yıxılan 60 yaşlı kişi öldü

Astarada kişi ağacdan yıxılaraq ölüb.

Teleqraf-ın cənub bürosunun verdiyi xəbərə görə, bədbəxt hadisə rayonun Siyəkü kəndində baş verib.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıqdan ağacdan yıxılan F.Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mərhum həftəsonu anasının evinə qonaq gəlibmiş.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.