Xəbər lenti

Şavkat Mirziyoyev Qəbələdə səfərdədir (FOTO)
Siyasət 17:57 06.10.2025

Şavkat Mirziyoyev Qəbələdə səfərdədir (FOTO)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->