Xəbər lenti

Dünya 19:05 04.02.2024

Avropa ABŞ-sız NATO-ya hazırlaşır

Donald Trampın ABŞ prezidentliyinə qayıtması perspektivi ilə bağlı Almaniya rəsmiləri və onların NATO-dakı həmkarları Alyansın ABŞ rəhbərliyi olmadan yaşaya biləcəyini müzakirə edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.

Nəşr bu cür qeyri-rəsmi müzakirələri "düşüncə dönüşünün" əlaməti adlandırır, çünki keçən ildən NATO Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda yeni birliyin yaranmasından və hədəflərin əldə edilməsindən danışır.

NYT-nin məlumatına görə, alman rəsmiləri Avropa və transatlantik təhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxaracaq "yeni, mürəkkəb və narahatedici dünyanın" meydana çıxmasını müzakirə edirlər. Qeyd olunur ki, onları ABŞ-ın Ukraynaya yardımının davam etdirilməsi ilə bağlı artan bədbinlik xüsusilə narahat edir.

Bununla bağlı məqalədə deyilir ki, ABŞ-da prezident seçkiləri böyük yük daşıyır - Tramp dəfələrlə Ukrayna münaqişəsinə qarşı çıxış edib və digər ölkələrin NATO-nun müdafiəsinə kifayət qədər sərmayə qoymadığını bəyan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->