Xəbər lenti

Avropa Liqası:
phrase_var_qaynar. 21:56 23.07.2026

Avropa Liqası: "Qarabağ" ÇSKA ilə "sülh"ə razılaşdı (YENİLƏNİB)

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0

Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
Qarabağ (Azərbaycan) - ÇSKA (Bolqarıstan) 0:0
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy.
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet.
Baş məşqçi: Xristo Yane.
Baş hakim: Daniele Çiffi, Ciovanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya).
VAR: Valerio Marini (İtaliya).
AVAR: Federiko La Penna (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->