Xəbər lenti

Avropalıların cavabı: Hansı daha yaxşıdır - demokratiya, yoxsa diktatura?
Dünya 21:55 18.02.2026

Avropalıların cavabı: Hansı daha yaxşıdır - demokratiya, yoxsa diktatura?

Avropalıların 22%-i hesab edir ki, diktatura "müəyyən hallarda” demokratiyadan daha yaxşı ola bilər. 

Qaynarinfo xəbər verir ki, müvafiq nəticələr "Politico"da "Progressive Lab" beyin mərkəzinin sifarişi ilə "AboutPeople" sosioloji xidmətinin Yunanıstan, Fransa, İsveç, Birləşmiş Krallıq və Rumıniyada keçirdiyi sorğuya istinadən dərc olunub.

Sorğuya görə:

* Respondentlərin 26%-i belə deyib: "Əgər ölkəmdə səriştəli və effektiv bir lider olarsa, onun demokratik hüquqları məhdudlaşdırmasına və vətəndaşlara cavab verməməsinə etiraz etməzdim".
* 69% respondent isə avtoritar idarəçiliyə qarşı çıxıb.

Sorğuda iştirak edən avropalıların ən az etibar etdiyi institutlar:

* Siyasi partiyalar – 24%
* Media – 27%

Ən çox etibar edilən qurum isə Avropa İttifaqıdır.

Xüsusilə dövlət strukturlarının işindən narazılıq:

* Yunanıstan – 76%
* Fransa – 68%
* Rumıniya – 66%
* Böyük Britaniya – 42%
* İsveç – 32%

Yunanıstanın Firakya Universitetinin dosenti Corc Siakas bildirib: "Sorğu ümumi olaraq demokratik sistemə qarşı narazılığı göstərmir. O, vətəndaşların sistemin işləməsindən narazılığını, anti-elit və anti-establishment xüsusiyyətlərini əks etdirir".

Qeyd: Sorğu 25 noyabr-16 dekabr 2025-ci il tarixləri arasında keçirilib. Səbəb isə Avropada populist və millətçi qüvvələrin dəstəyinin artması olub.

Əvvəlki məlumatlara görə, ötən ilin noyabrında "Ipsos 10" min nəfərdən çox respondent arasında sorğu aparıb. Nəticələr göstərib ki, seçicilərin təxminən yarısı demokrasiyanın işləmə tərzindən narazıdır. İnsanlar növbəti beş ildə öz idarəçilik sistemlərinin risklərindən, saxta xəbərlərdən, desinformasiyadan, siyasətçilərin məsuliyyətsizliyindən və ekstremizmdən narahatdırlar.

Aydın

--> -->