Xəbər lenti

Avropanın silahlanmaq üçün 3 ili var, sonra Rusiya ilə müharibə olacaq - Bundesver
Dünya 15:23 08.06.2025

Avropanın silahlanmaq üçün 3 ili var, sonra Rusiya ilə müharibə olacaq - Bundesver

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) planlamasına görə, Rusiya 2029-cu ildə Avropaya hücum etməyə hazır ola bilər. Almaniya həmin vaxta qədər ordusunu tam yenidən silahlandırmaq və yeni müdafiə strategiyasına uyğunlaşdırmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Bundesverin satınalma idarəsinin rəhbəri Annet Leninqk-Emden "Tagesspiegel” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, real zaman pəncərəsi 4 il deyil, cəmi 3 ildir, çünki ordunun yeni silah və avadanlıqlara alışması və təlim keçməsi üçün də vaxt tələb olunur.

"Bizim üçün bu, sadəcə üç il deməkdir. 2028-ci ilə qədər bütün lazımi hərbi avadanlıq alınmalıdır. Əsgərlər bu texnika ilə işləməyi öyrənməlidir. İdarəmizdə bu işi həyata keçirmək ruhu artıq mövcuddur. Biz bu texnikanı alacağıq – bu, bu gün bizim şüarımızdır. İşçilərimizə öyrədirik ki, zaman qazanmaq üçün mümkün qədər tez-tez müstəqil qərar versinlər”, deyə Leninqk-Emden bildirib.

Alman hərbçilərinin bu xəbərdarlığı fonunda Qərb ölkələrində artan narahatlıq müşahidə olunur. Britaniyanın istefada olan hava marşalı Edvard Strinqer bu yaxınlarda Qərbi, xüsusilə Böyük Britaniyanı, müasir müharibəyə hazırlıqsız olmaqda və köhnəlmiş hərbi doktrinalardan əl çəkməməkdə tənqid etmişdi.

Eyni zamanda, Almaniyanın yeni kansleri Fridrix Merz bəyan edib ki, Qərbdə bir çoxları Rusiyanın bu gün kütləvi silah istehsalı səviyyəsini dərk etmir və təhdidin miqyasını yetərincə anlamırlar. O, xüsusilə ABŞ ictimaiyyətinin təhlükəni dəyərləndirməkdə geridə qaldığını vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->