Xəbər lenti

Yalnız hərbçilərin və alimlərin daxil ola bildiyi ada: Səbəb
Dünya 17:33 08.06.2025

Yalnız hərbçilərin və alimlərin daxil ola bildiyi ada: Səbəb "zəhərli təhlükə"dir (FOTO)

Atlantik okeanında, Braziliyanın San-Paulu sahillərindən 32 kilometr aralıda yerləşən və rəsmi adı İlya-da-Keymada-Qrandi olan ada, dünyada yalnız burada yaşayan son dərəcə zəhərli qızıl gürzə (Bothrops insularis) növü ilə məşhurdur. Bu səbəbdən yerli sakinlər arasında bu yer "İlan adası” kimi tanınır və Braziliya hökuməti oraya girişə ciddi qadağa qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Adada bir kvadratmetrə bir ilan düşür



Cəmi 430 min kvadratmetr sahəyə malik adada təxminən 4000-dək zəhərli ilan yaşayır. Məlumata görə, hər kvadratmetrə az qala bir ilan düşür.

Adanın yalnız bir neçə elmi tədqiqatçıya ildə bir dəfə araşdırma aparmaq məqsədilə qısa müddətlik giriş icazəsi verilir. Eyni zamanda, 1909-cu ildə tikilmiş avtomatik mayakın texniki xidmətini təmin etmək üçün bəzən Braziliya Hərbi Dəniz Qüvvələri də adaya daxil olur, lakin dərhal oranı tərk edir.

Qara bazarda bir ilan 30 min dollara satılır



Zəhərli qızıl gürzələrin nadirliyi səbəbindən qanunsuz ovçular (brakonyeirlər) adaya gizli şəkildə daxil olaraq bu ilanları ələ keçirir. Hətta bu növün nümayəndələrinin qara bazarda 30 min ABŞ dolları dəyərində satıldığı bildirilir.

Qızıl gürzə necə bu qədər təhlükəli oldu?



Alimlər qeyd edirlər ki, təxminən 11 min il əvvəl dəniz səviyyəsinin yüksəlməsi nəticəsində ada materikdən təcrid olunub. Bu izolasiya nəticəsində ilanlar təkamül keçirmiş və əsasən köçəri quşlarla qidalanmağa başlamışlar. Lakin bir problem ortaya çıxıb – çoxlu ilan zəhərləri qurbanı dərhal öldürmür, bu isə quşların qaçaraq sağ qalmasına səbəb olurdu.

Beləliklə, bu növ ilanlar praktiki olaraq dərhal öldürə bilən zəhər inkişaf etdiriblər. Araşdırmalara görə, qızıl gürzənin zəhəri insan bədən toxumasını "əriyə” biləcək qədər güclüdür. İnsanın bu ilan tərəfindən sancılması təxminən 7% hallarda ölümcül nəticələnir.

Nadir növ, lakin kritik təhlükədə



Maraqlıdır ki, ölümcül zəhərlərinə baxmayaraq, bu ilanlar artıq beynəlxalq miqyasda yox olma təhlükəsi ilə üzləşmiş növlər siyahısına daxil edilib. Son 15 ildə adadakı ilan populyasiyası 15% azalıb. Bunun səbəbi kimi bitki örtüyünün azalması və bəzi xəstəliklər göstərilir.

Lakin bütün bunlara baxmayaraq, İlan adası bu gün də ən təhlükəli ərazilərdən biri sayılır və turistlərə giriş qəti şəkildə qadağandır.

Aydın
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->