Xəbər lenti

Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
Dünya 20:46 08.06.2025

Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?

Nüvə partlayışının dağıdıcı gücü yalnız epimərkəzdə deyil, ondan xeyli uzaqda da həyat üçün ölümcül təhlükə yaradır. 

Qaynatinfo-nun məlumatına görə, Cənubi Kiprdə yerləşən Nikosiya Universitetinin tədqiqatçıları yeni simulyasiya nəticələrinə əsasən bildiriblər ki, nüvə zərbəsindən sonra belə ayaqda qalan binalar içərisində də ölüm təhlükəsi qalır - bu, xüsusilə güclü hava axınları ilə bağlıdır.

Zərər koridorlarda və pəncərə yaxınlıqlarında daha böyükdür

Alimlər 750 kiloton gücündə nüvə başlığı (məsələn, Rusiyanın RS-28 "Sarmat” raketi) ilə bağlı kompüter modelləşdirməsi aparıblar. Nəticədə məlum olub ki, zərbənin vurduğu hava dalğası beton konstruksiyaların içində belə ölümcül hava axınları yaradır. Bu axınlar insanları havaya qaldırıb divarlara çırpa bilir ki, bu da ağır travmalar və ya dərhal ölümə səbəb olur.

Tədqiqatçılar ən təhlükəli yerlərin koridorlar və pəncərə ətrafları olduğunu vurğulayırlar. Belə zonalarda hava axınları tunel effekti yaradır və partlayış dalğası daha da güclənir. Buna görə də nüvə təhlükəsi zamanı insanların qapı və pəncərələrdən uzaqda, daxili otaqlarda gizlənməsi tövsiyə olunur. Ən yaxşısı, pəncərəsi olmayan və xarici divarlardan mümkün qədər uzaqda yerləşən otaqlarda gizlənməkdir.

Partlayışın təsiri detonasiya nöqtəsindən asılıdır

Tədqiqatda qeyd olunur ki, nüvə silahının detonasiya hündürlüyü partlayışın təsirini ciddi şəkildə dəyişir:

* Havada baş verən partlayışlar daha geniş ərazini əhatə edir;

* Yer səthindəki partlayışlar isə yaxınlıqdakı obyektlər üçün daha dağıdıcı olur.

Mütəxəssislərin sözlərinə görə, artıq 20 psi-dən yuxarı izafi təzyiq möhkəm beton tikililəri belə tamamilə məhv edə bilər. Hətta 3 psi təzyiqdə insanlar ağır yaralana və ya həlak ola bilər — bu, binanın özü dağılmasa belə baş verir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->