Xəbər lenti

Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsində
İdman 13:50 08.06.2025

Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsində

FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən "Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->