Xəbər lenti

Azarkeşlər oturacaqları yandırdı, polisə daşla hücum etdi (FOTOLAR)
İdman 10:51 04.12.2023

Azarkeşlər oturacaqları yandırdı, polisə daşla hücum etdi (FOTOLAR)

"Ankaragücü” ilə "Beşiktaş” arasında oynanılan matçlarda uzun illərdən sonra ilk dəfə səfər oyunlarında tamaşaçılara qoyulan qadağa aradan qaldırılsa da, baş tutan sonuncu matçdan sonra yenə tribunalarda insidentlər yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşmadan sonra azarkeşlər "Eryaman" stadionuna zərər vurub, üstəlik polisə hücum edib. 

Əvvəlcə "Ankaragücü"nün tərəfdarları "Beşiktaş"lı həmkarlarının yer aldığı tribunalarına tərəf yad əşyalar atıblar. Daha sonra "Beşiktaş” fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən "Beşiktaş”lılar ardından yan tribunalarda "Ankaragücü"nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər. Bundan başqa "ağ-qara"lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən "Beşiktaş" azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib. Qonaqlardan fərqli "Ankaragücü" azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.

Superliqanın 14-cü turu çərçivəsində baş tutan "Ankaragücü" - "Beşiktaş" matçı 1:1 hesabı ilə yekunlaşıb.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->