XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azər Bağırov: "Qarabağ"a qarşı oynamaq həmişə çətindir"
İdman23:25 17.08.2026

Azər Bağırov: "Qarabağ"a qarşı oynamaq həmişə çətindir"

"Qarabağ"a qarşı oynamaq həmişə çətindir.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə "Şamaxı"nın baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib.

Mütəxəssis Ağdam təmsilçisinə 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının I turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İlk turda bu rəqiblə üz-üzə gəlmək bəlkə də futbolçularda bir az həyəcan yaratdı. Düşünürəm ki, yaxşı oyun oldu. Bu matçdan nəticə çıxarmalıyıq. Səhvlərimiz var. Daha yaxşı oynamalıyıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirməlidirlər. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı oyun sərgiləməyə çalışacağıq".

A.Bağırov "Şamaxı"nın heyətinin yaxşı olduğunu sözlərinə əlavə edib:

"Gənc və yaxşı yerli futbolçularla çalışırıq. Biz ölkə futboluna yerli oyunçular bəxş etmək niyyətindəyik. İşimiz çətindir. Ümid edirəm ki, qarşıdakı dönəmlərdə klubun sponsoru da olacaq".