Xəbər lenti

Dekabrda isti hava axtaranlar üçün 13 istiqamət (SİYAHI)
Dünya18:44 13.10.2026

Dekabrda isti hava axtaranlar üçün 13 istiqamət (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qışın ilk ayında soyuq havadan uzaqlaşıb günəşli günlərin dadını çıxarmaq istəyənlər üçün dünyanın müxtəlif bölgələrində əlverişli istirahət məkanları var. Səyahət ekspertləri dekabrda havanın nisbətən isti olduğu, günəşli günlərin çoxluğu ilə seçilən 13 istiqaməti müəyyənləşdiriblər. Bu məkanların bəzilərində orta temperatur 25 dərəcəni keçir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.

Dekabrda istirahət üçün seçilən istiqamətlər:

- Kankun, Meksika – orta temperatur 25°C, gündə 7 saat günəşli hava.
- Banqkok, Tailand – 27°C, gündə 9 saat günəşli hava.
- Maskat, Oman – 23°C, gündə 9 saat günəşli hava.
- Keyptaun, Cənubi Afrika – 23°C, gündə 11 saat günəşli hava.
- Hurqada, Misir – 22°C, gündə 8 saat günəşli hava.
- Sidney, Avstraliya – 21°C, gündə 8 saat günəşli hava.
- Qran-Kanariya, İspaniya – 20°C, gündə 6 saat günəşli hava.
- Lansarote, İspaniya – 19°C, gündə 6 saat günəşli hava.
- Tenerife, İspaniya – 18°C, gündə 6 saat günəşli hava.
- Pafos, Kipr – 18°C, gündə 6 saat günəşli hava.
- Madeyra, Portuqaliya – 17°C, gündə 5 saat günəşli hava.
- Limassol, Kipr – 16°C, gündə 6 saat günəşli hava.
- Cəbəllütariq – 16°C, gündə 6 saat günəşli hava.

Siyahıdan göründüyü kimi, isti hava və bol günəş axtaranlar üçün Tailand, Meksika və Oman daha əlverişli seçimlər sırasındadır. Dekabrda yay fəslinin yaşandığı Avstraliya və Cənubi Afrika da qış tətilini fərqli mühitdə keçirmək istəyən turistlər üçün maraqlı alternativlərdir.

Daha mülayim hava şəraitinə üstünlük verənlər isə İspaniyanın Kanar adalarını, Kipri və Portuqaliyanın Madeyra adasını nəzərdən keçirə bilərlər.

Aydın