Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qaynarinfo xəbər verir ki, Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
Şərhlər