Kolumbiya Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm tərəfdaş kimi nəzərdən keçirir və münasibətləri möhkəmləndirməyə davam edəcəyinə ümid edir.
"Report" xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Kolumbiyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.
Diplomat qeyd edib ki, 1994-cü il dekabrın 13-ü diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Bakı və Boqota qarşılıqlı hörmət, konstruktiv dialoq və ümumi maraqlara əsaslanan dostluq münasibətləri qurublar.
Şərhlər