Xəbər lenti

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
Siyasət 09:40 08.08.2026

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:

"Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->