Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Qaynarinfo xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.
O, komandada oynamaq imkanı yaratdığı üçün "Radomyak"a təşəkkür edərək, uğurlar arzulayıb.
Xatırladaq ki, Renat Dadaşov "Radomyak"da 2024/2025 mövsümünün ikinci yarısından çıxış edirdi. O, Polşa təmsilçisində 2 qolla yadda qalıb.
Şərhlər