Xəbər lenti

2025-ci ilin ən çox izlənilən 5 serialı
Sənət 23:34 30.06.2025

2025-ci ilin ən çox izlənilən 5 serialı

Cinayət, sirr, realiti və ailə dramlarının iç-içə keçdiyi bu seriallar, 2025-ci ildə izləyiciləri ekran qarşısından ayıra bilməyib. 

Qaynarinfo xəbər verir ki, "Netflix”, "Prime Video” və "Hulu” platformalarında yayımlanan bu populyar layihələr, müxtəlif janrlarda təqdim olunsa da, bir ortaq cəhətləri var: hamısı tamaşaçıların diqqətini cəmləməyi bacarıb.

1. "The Waterfront” ("Netflix”)
 


"Netflix"in qaranlıq cinayət dramı olan "The Waterfront”, Şimali Karolina sahillərində baş verən dramatik hadisələri təsvir edir. Xolt Makkallani tərəfindən canlandırılan Harlan Bakli, ailəsinə məxsus dəniz məhsulları şirkətini qorumağa çalışarkən özünü və ailəsini təhlükəli bir narkotik alverinin içində tapır. Hadisələr sürətlə mürəkkəbləşir və ailəni böhranla üz-üzə qoyur.

2. "We Were Liars” ("Prime Video”)
 


İ.E. Loxartın eyni adlı çox satan romanından uyğunlaşdırılan "We Were Liars” Keydns Sinkler İstman və onun "Yalançılar” adlandırdığı yaxın dostlarının Yeni İngiltərədəki xüsusi bir adada keçirdiyi yay tətilini mövzu alır. Sinkler ailəsi Amerikanın elit təbəqəsinin simvolu kimi parlaq bir həyat sürür. Lakin sirli bir qəza Keydnsin həyatını kökündən dəyişdirir və ailənin qaranlıq sirləri yavaş-yavaş üzə çıxır.

3. "Love Island” ("Hulu”)
 


"Love Island” klassik realiti tanışlıq proqramı formatını davam etdirir: cazibədar subaylar, günəş altında bir villa və bol dram. Romantik münasibətlər və rəqabətlə dolu bu proqram, bəzi izləyicilər üçün əyləncəli xaos yaradır, digərləri üçün isə dözülməz bir təcrübə ola bilər.

4. "Ginny & Georgia” ("Netflix”)
 


"Netflix"in sevilən serialı "Ginny & Georgia” keçmişi qaranlıq olan gənc ana Corciya ilə onun yeniyetmə qızı Cinninin hekayəsini təqdim edir. Uzun illər gizlənərək yaşayan ana-qız, Yeni İngiltərədə yerləşən sakit bir şəhərciyə köçürlər. Serial həm Corciyanın sirli keçmişini, həm də ana-qız münasibətlərini dərinliklə təsvir edir.

5. "Dept. Q” ("Netflix”)
 


Danimarkalı yazıçı Yussi Adler-Olsenin eyniadlı kriminal romanlar seriyasından uyğunlaşdırılan bu serialda Mettyu Qud travma yaşamış və problemlərlə boğuşan detektiv Karl Mork rolunu canlandırır. O, həll olunmamış işlərə baxan bir qrupun rəhbəri olur. Cinayət janrına maraqlı olmayan izləyicilər belə, "Dept. Q” serialını ilin ən yaxşı işlərindən biri kimi qiymətləndirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->