Xəbər lenti

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı
Ölkə 19:50 26.06.2025

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Azərbaycan qadınlarının ordu sıralarında iştirakı uzun illərdir formalaşan ənənəyə əsaslanır. Müxtəlif dövrlərdə, o cümlədən İkinci Dünya müharibəsində və Qarabağ müharibələrinin hər iki mərhələsində qadınlar həm döyüş meydanında, həm də arxa cəbhədə mühüm rol oynayıblar. Hazırda da bu ənənə davam edir.

Azərbaycan Ordusunda xidmət edən qadınların ümumi sayı 12 min 149 nəfərdir.

Modern.az xəbər verir ki, hazırda Orduda ümumilikdə 329 nəfər zabit və gizir qadın hərbi qulluqçu xidmət edir.

Bundan əlavə, müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçuların sayı 1602 nəfər təşkil edir.

Azərbaycan Ordusunda çalışan qadın mülki işçilərin sayı isə 10 min 218 nəfərdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->