Xəbər lenti

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?
Ölkə 17:12 31.07.2026

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

Hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabitdir. Yerli yoluxma halları qeydə alınmayıb. Bununla yanaşı, ölkəyə xaricdən gətirilə biləcək infeksiyaların qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davam etdirilir.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, yay mövsümündə müşahidə olunan yüksək temperatur və yağıntıların miqdarındakı dəyişikliklər həşəratların, xüsusilə də ağcaqanadların, milçəklərin və bəzi digər növlərin aktivliyinə təsir göstərə bilər. Aparılan entomoloji monitorinqlərin nəticələrinə əsasən, hazırda ölkədə həşəratlarla əlaqədar epidemioloji risklərin artdığı yeni ərazilər qeydə alınmayıb. Mövcud vəziyyət davamlı nəzarətdə saxlanılır və risklərin vaxtında qiymətləndirilməsi məqsədilə mütəmadi müşahidələr aparılır.

Bununla yanaşı, vurğulanıb ki, vətəndaşlar yaşadıqları ərazilərdə həşəratların kütləvi artımını müşahidə etdikdə aidiyyəti qurumlara (yerli icra hakimiyyəti və ya aidiyyəti kommunal xidmətlərə, Bakı şəhəri İcra hakimiyyətinin tabeliyində olan yaşıllaşdırma Təsərrüfatı Birliyinə) müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->