Xəbər lenti

Azərbaycan Premyer Liqası:
İdman 10:34 29.09.2023

Azərbaycan Premyer Liqası: "Qarabağ" sumqayıtlılara qarşı

Bu gün Azərbaycan Premyer Liqasında səkkizinci tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk günündə bir qarşılşama baş tutacaq. "Qarabağ" evdə "Sumqayıt"la üz-üzə gələcək. "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası

VIII tur

20:00. "Qarabağ” – "Sumqayıt”
 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Azersun Arena”
 
"Zirə" - 16, "Səbail" - 13, "Qarabağ" - 13, "Turan-Tovuz" - 11, "Aaraz-Naxçıvan" - 10, "Neftçi" - 9, "Sumqayıt" - 8, "Sabah" - 5, "Kəpəz" - 5, "Qəbələ" - 4
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->