Ölkə 16:20 09.03.2023

Azərbaycanda 45 polis işdən çıxarılıb

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozduğu üçün cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, etik davranış qaydalarını pozduğu üçün 186 əməkdaşa intizam tənbehi verilib. Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub, 22-i tutduğu vəzifədən azad edilib,  141-i barəsində digər məsuliyyət tədbirləri görülüb.