XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Daşkəsəndə 107 min manatlıq abadlıq layihəsi və sirli şirkət
Ekonomiks18:33 29.09.2026

Daşkəsəndə 107 min manatlıq abadlıq layihəsi və sirli şirkət

Daşkəsən Rayon İcra Hakimiyyətinin şəhər küçələrində abadlıq işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Hadi İnşaat” MMC olub. Şirkətin tender üzrə təqdim etdiyi qiymət təklifi 107 629,92 manat təşkil edib.

“Hadi İnşaat” MMC-nin adı son dövrlərdə dövlət satınalmalarında tez-tez görünən şirkətlərdən biridir. Açıq mənbələr üzrə araşdırma zamanı məlum olur ki, şirkət əsasən abadlıq, təmir və müxtəlif tikinti işləri ilə bağlı satınalma müsabiqələrində iştirak edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndidir. MMC-nin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır.

Şirkətin fəaliyyətinin maraqlı tərəfi onun nisbətən yeni yaradılmasına baxmayaraq, dövlət satınalmalarında qısa müddətdə kifayət qədər böyük məbləğli müqavilələrə iddiaçı olmasıdır.

Dövlət satınalmalarının vahid elektron portalındakı məlumatlara əsasən, “Hadi İnşaat” MMC ötən il altı satınalma üzrə qalib olub. Şirkətin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Ağcəbədi Rayon İcra Hakimiyyəti, Dövlət Miqrasiya Xidməti və Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab Şəhər Nümayəndəliyi ilə bağladığı müqavilələrin ümumi məbləği 3,8 milyon manatdan çox olub.

Bu dəfə isə şirkətin qarşısında Daşkəsən şəhərinin küçələrində abadlıq işlərinin həyata keçirilməsi dayanır.

Diqqət çəkən məqam odur ki, 2023-cü ildə yaradılan və nizamnamə kapitalı 20 manat olan şirkət qısa müddət ərzində milyonlarla manatlıq dövlət satınalmalarında iştirak edən podratçılardan birinə çevrilib. Şirkətin üzərinə götürdüyü işlərin keyfiyyəti və öhdəliklərin icra vəziyyəti barədə isə açıq mənbələrdə geniş məlumat yoxdur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovdur. O, 2024-cü ildə bu vəzifəyə təyinat alıb.

Seyid