Xəbər lenti

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI
Ekonomiks 21:44 08.06.2025

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə təhsil alan şəxslərin ümumi sayı 2 726 nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 563 nəfəri texnika elmləri sahəsindədir.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların ən çoxu texnika elmləri (563 nəfər), iqtisad elmləri (550 nəfər) və filologiya elmləri (246 nəfər) sahələrində qeydə alınıb. Bu isə ümumi sayın təxminən 50 faizinə bərabərdir.

Ən az maraq göstərilən sahələr isə mexanika (4 nəfər), antropologiya (4 nəfər), astronomiya (7 nəfər) və əczaçılıq elmləri (8 nəfər) olub. Bu sahələrdə təhsil alanların sayı digər sahələrlə müqayisədə olduqca azdır.

Aşağıda fəlsəfə doktoru proqramı üzrə təhsil alan şəxslərin elmi sahələr üzrə sayları göstərilib:

Texnika elmləri – 563 nəfər
İqtisad elmləri – 550 nəfər
Filologiya elmləri – 246 nəfər
Tibb elmləri – 166 nəfər
Pedaqogika – 165 nəfər
Siyasi elmlər – 155 nəfər
Biologiya elmləri – 123 nəfər
Yer elmləri – 110 nəfər
Hüquq elmləri – 110 nəfər
Tarix – 92 nəfər
Kimya – 84 nəfər
Riyaziyyat – 79 nəfər
Sənətşünaslıq – 43 nəfər
Fizika – 41 nəfər
Aqrar elmlər – 41 nəfər
Coğrafiya – 38 nəfər
Psixologiya – 37 nəfər
Fəlsəfə – 26 nəfər
Sosiologiya – 17 nəfər
Memarlıq – 17 nəfər
Əczaçılıq elmləri – 8 nəfər
Astronomiya – 7 nəfər
Mexanika – 4 nəfər
Antropologiya – 4 nəfər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->