Xəbər lenti

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı
Ölkə 09:18 29.04.2026

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.
--> -->