Xəbər lenti

Bu adları uşaqlara qoymaq qadağandır:
Dünya 20:31 28.04.2026

Bu adları uşaqlara qoymaq qadağandır: "Hətta Hitler belə ona nifrət edərdi"

Böyük Britaniyanın "Daily Express” qəzeti dünya üzrə bəzi ölkələrdə qadağan edilən uşaq adlarının siyahısı yayımlanıb. 

Qaynarinfo xəbər verir ki, siyahıda hətta Adolf Hitlerin belə "nifrət edəcəyi” qeyd edilən adların olduğu bildirilib. 

CYANIDE – "Sianid” mənasını verən bu sözün Böyük Britaniyada qadağan edildiyi bildirilir. Uelsdə bir məhkəmənin, ananın qızına ölümcül maddənin adını vermək cəhdini blokladığı qeyd olunur.

Məlumata görə, ana bu adın Hitlerin həyatına son qoyan maddəyə "gözəl bir hörmət” olduğunu iddia edib.

İngiltərə mediasında bu adın "Hitlerin belə nifrət edə biləcəyi” ifadəsi ilə xarakterizə edildiyi yazılıb.

ADOLF – Faşist Almaniyasının lideri Adolf Hitler ilə ayrılmaz şəkildə əlaqələndirildiyi üçün Almaniyada və bir sıra digər ölkələrdə qadağan edildiyi bildirilir.

ARYAN – İngiltərə mediasına görə bir çox ölkələrdə bu ad da məhdudlaşdırılıb. Adın kökləri Cənubi Asiya və Fars mədəniyyətlərinə dayansa da, faşist irqi ideologiyası ilə əlaqələndirildiyi qeyd olunur.

METALLICA – İsveçdə bu adın rədd edildiyi bildirilir. Rəsmi qurum bir uşağa rok qrupunun adının verilməsini uyğun hesab etməyib və eyni yanaşmanın "Elvis” adına da tətbiq olunduğu qeyd olunur.

MONKEY – İngiliscə "meymun” mənasını verən bu söz Danimarkada ad kimi qəbul edilməyib.

FRIDAY – "Cümə” mənasına gələn bu sözün İtaliyada uşaq adı kimi təsdiqlənmədiyi bildirilir.

OSAMA BIN LADEN – Bir cütlüyün bu adı övladına vermək istəməsi Almaniyada rədd edilib və qadağan olunmuş adlar siyahısına daxil edilib.

THOR – Portuqaliyada bu adın qəbul edilmədiyi, ölkənin rəsmi ad siyahısına uyğun olmadığı əsas gətirilərək rədd edildiyi bildirilir.

BRFXXCCXXMNPCCCCLLLMMNPRXVCLMNCKSSQLBB11116 – İsveçdə rədd edilən 43 hərfli ad cəhdidir. Adın protest xarakterli olduğu və "Albin” kimi oxunmasının planlaşdırıldığı qeyd olunur.

PRESIDENT – İngiliscə "prezident” mənasına gələn bu sözün Avstraliyada uşaq adı kimi qadağan edildiyi bildirilir. Eyni səbəblə "Emperor” və "Lieutenant” adlarının da qəbul olunmadığı qeyd edilir.

Aydın
--> -->