Xəbər lenti

Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
Ekonomiks 19:59 21.02.2026

Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azalıb.
Yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib.
Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır.

Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.
--> -->