Xəbər lenti

Millimiz beynəlxalq turnirin sonuncu görüşündə qalib gəldi
Ölkə 20:38 21.02.2026

Millimiz beynəlxalq turnirin sonuncu görüşündə qalib gəldi

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.

Qələbə qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, millimiz əvvəlki görüşlərdə Özbəkistana 1:3, Rusiya millisinə 1:7 hesabı ilə məğlub olub
--> -->