Xəbər lenti

Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır (VİDEO)
Video 09:25 29.10.2025

Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır (VİDEO)

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək.  

Qaynarinfo-nun AZTV-yə istinadən xəbərinə görə, ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər.

Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir.

Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış obyektlərində isə 14 faiz olaraq qalacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->