Xəbər lenti

Tacir Şahmalıoğlu:
phrase_var_qaynar. 15:47 29.10.2025

Tacir Şahmalıoğlu: "Bəzi sənət yoldaşlarım mənə aşiq olur"

"Mənə aşiq olmamaq qeyri-mümkündür. Söhbət gözəllikdən getmir, eyni zamanda səsim, sənətim, insanlığım göz qabağındadır. Bunların hamısı məndə bir-birini tamamlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. 

Müğənni bəzi sənət yoldaşlarının ona aşiq olduğunu vurğulayıb:

"Səsimə və sənətimə aşiq olanlar çoxdur".

Tacir Şahmalıoğlu duet oxumaq üçün həmin həmkarlarından təkliflər aldığını qeyd edib:

"Amma qəbul etmirəm, gecdir. Vaxtım da yoxdur, işlərim çoxdur. Duet oxumaq üçün vaxt lazımdır. Amma Mətanət Əsədova və Zeynəb Həsənli ilə planlarımız var. İşlər alınsa, onlarla bağlı planlarımızı həyata keçirəcəyik”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->