Xəbər lenti

DSMF-nin
Ekonomiks 18:20 29.10.2025

DSMF-nin "işçisi"ndən pensiya dələduzluğu

Özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçisi kimi təqdim edərək 3 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə edilən Mədinə İslamovaya (ərti) 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Onun şübhəli şəxs qismində tutulduğu 4 gün müddət (4 mart 2025-ci il tarixdən 6 mart 2025-ci il tarixədək və 13 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək) 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2  il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Mədinə İslamova qurbanlarına pensiya təyin etdirəcəyini vəd edib. O, 3 nəfərdən toplam olaraq 26 000 manat alıb. Onlardan birinə dəymiş ziyanın 2900 manatı, digərinə isə 10 800 manatını qaytarıb.  

Məhkəmə zamanı Mədinə İslamova verilmiş ittihamla özünü təqsirli bilməyib. O, işdən zərərçəkmiş qismində tanınan qohumu ittiham edib. Mədinə İslamovanın sözlərinə görə, o qohumunun tapşırığı ilə hərəkət edib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->