Xəbər lenti

Azərbaycanda nə qədər ƏDV məbləği geri qaytarılıb? (RƏSMİ)
phrase_var_qaynar. 17:46 29.04.2022

Azərbaycanda nə qədər ƏDV məbləği geri qaytarılıb? (RƏSMİ)

Azərbaycanda "ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-nə qədər istehlakçılara 536 252 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 107 998 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->