Azərbaycanda hər 10 min nəfərə düşən tibb işçilərinin sayı 2010-2024-cü illər ərzində azalıb.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hər 10 min nəfərə düşən tibb işçilərinin sayı 2010-cu ildə 103.6 nəfərdən 2024-cü ildə 90.9 nəfərə qədər azalıb.
Həkimlərin sayı eyni dövrdə 36.8 nəfərdən 34.5 nəfərə, orta tibb işçilərinin sayı isə 66.8 nəfərdən 56.4 nəfərə düşüb.
Ümumilikdə tibb işçilərinin sayı 2010-cu ildə 93 170 nəfərdən 2024-cü ildə 92 896 nəfərə qədər azalsa da, həkimlərin sayı bu dövrdə artaraq 33 085 nəfərdən 35 233 nəfərə çatıb. Eyni zamanda, orta tibb işçilərinin sayı 2 422 nəfər azalaraq 57 663 nəfər təşkil edib.
Şərhlər