Xəbər lenti

Ölkə 08:24 17.11.2023

Azərbaycanda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Qaynarinfo-ya verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub.

Zəlzələ 3 bal gücündə hiss olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?