Xəbər lenti

Şamaxı və Xızıda zəlzələ oldu (YENİLƏNİB)
Ölkə 17:14 05.06.2025

Şamaxı və Xızıda zəlzələ oldu (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Şamaxı və Xızıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
 
16.28

Şamaxı rayonu ərazisində 3,7 maqnitudalı zəlzələ olub.

Bu barədə Qaynarinfo-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 16.02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->