Ölkə 10:51 21.05.2022

Azərbaycanın bir neçə rayonuna qar yağdı (FOTO/VİDEO/YENİLƏNİB)

Azərbaycanın bir neçə rayonuna qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Xidmət Azərbaycanın bölgələrindən qarlı mənzərələrlə bağlı görüntülər yayıb.
 
10.51
 
 
Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.

Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.

Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.