Fransada kütləvi etiraz aksiyalarına rekord sayda – 86 min nəfər qatılıb.
Qaynarinfo xəbər verur ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Ölkənin milli təhsil naziri Eduar Jefr 5 oktyabrda bildirib ki, Fransada məktəblilərin kütləvi etiraz aksiyalarının başlamasından etibarən təxminən 200 yeniyetmə xəsarət alıb.
Etirazçılar lisey yeməkxanalarında qidalanmanın keyfiyyətinin yaxşılaşdırılmasını, məktəblərdə smartfonlardan istifadəyə icazə verilməsini, dərslərin təşkilinin təkmilləşdirilməsini, əlavə maliyyə ayrılmasını və şagirdlərin məktəb rəhbərliyi ilə açıq dialoq aparmasına imkan yaradılmasını tələb edirlər.
"Le Figaro" oktyabrın 2-də 600 etirazçının, oktyabrın 1-də isə 1949 nəfərin saxlanıldığını xəbər vermişdi.
Fransada kütləvi etirazlar sentyabrın 17-də Parisdəki məktəblərdən birində başlayıb və daha sonra ölkə üzrə yayılıb. Etirazçılar lisey yeməkxanalarında qidalanmanın keyfiyyətinin yaxşılaşdırılmasını, məktəblərdə smartfonlardan istifadəyə icazə verilməsini, dərslərin təşkilinin təkmilləşdirilməsini, əlavə maliyyə ayrılmasını və şagirdlərin məktəb rəhbərliyi ilə açıq dialoq aparmasına imkan yaradılmasını tələb edirlər.
Aydın
Şərhlər