Xəbər lenti

Azərbaycanın daha bir şəhərində avtomobillər utilizasiya olunacaq
Ekonomiks 14:33 19.03.2026

Azərbaycanın daha bir şəhərində avtomobillər utilizasiya olunacaq

Azərbaycanda nəqliyyat vasitələrini utilizasiya edəcək dördüncü məntəqə fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət Sumqayıt şəhərində fəaliyyətə göstərəcək.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı, Gəncə şəhərləri və Abşeron rayonu ilə yanaşı, Sumqayıt şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq.

Qeyd olunur ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

Belə ki, 2024-cü ilin oktyabr ayından indiyə qədər 23 922-dən çox nəqliyyat vasitəsi utilizasiya verilib və proqram çərçivəsində indiyə qədər 1 286 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.

Proqram çərçivəsində birdəfəlik ödəniş almaq istəyən ərizəçilərin bank hesablarına isə bir milyon manatdan çox vəsait köçürülüb.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
--> -->