Xəbər lenti

Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı
Ölkə 13:34 19.03.2026

Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RMX-nin direktoru Həsən Hüseynov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Həsən Hüseynov Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyevin bacanağıdır.

--> -->