Xəbər lenti

Azərbaycanın millisi Avroliqada mübarizəni dayandırdı
İdman 21:18 21.06.2026

Azərbaycanın millisi Avroliqada mübarizəni dayandırdı

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub.

Qaynarinfo xəbər verir ki, bu, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Boris Qrebennikovun baş məşqçi olduğu komandanın Portuqaliya yığması ilə oyunundan sonra reallaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Avropa Liqasında ümumilikdə altı oyun keçirən milli daha əvvəl Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana 1:3 hesabı ilə məğlub olub.
--> -->