XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"The Economist": Ukrayna müharibənin ən sərt qış bombardmanına hazırlaşır
Dünya09:09 02.09.2026

"The Economist": Ukrayna müharibənin ən sərt qış bombardmanına hazırlaşır

Ukrayna Rusiya ilə müharibə başlayandan bəri ən sərt qış bombardmanlarına hazırlaşır.

Qaynarinfo "The Economist"ə istinadən xəbər verir ki, müharibə yeni və daha ölümcül mərhələyə daxil olur.

Nəşrin məlumatına görə, Ukrayna əvvəlkindən daha yaxşı hazır vəziyyətdədir. Enerji sisteminin gücləndirilməsi üzrə görünməmiş proqram qrafikdən əvvəl həyata keçirilir və işlərin artıq yarısı tamamlanıb.

“Ölkə qışa artıq generasiya gücləri, 14 milyard kubmetr qaz ehtiyatı, enerji sisteminin əsas qovşaqlarının daha yaxşı fiziki mühafizəsi və ölkənin zəifləmiş hava qüvvələrinə kömək edəcək yeni özəl hava hücumundan müdafiə şirkətləri ilə daxil olmalıdır”, deyə məqalədə qeyd olunur.

Jurnalistlərin fikrincə, pis xəbər Rusiyadan gələn təhdidin daha sürətlə inkişaf etməsidir.

Ballistik raketlərin qarşısının alınması üçün interceptorların çatışmazlığı əsas zəif nöqtələrdən biridir. Digər problem isə son həftələrdə Ukraynanı terrora məruz qoyan yeni reaktiv mühərrikli dronlardır.

Qeyd olunur ki, bu ilə qədər paytaxtın yüksək gərginlikli xətlərdən yaşayış binalarına ötürülən gərginliyi azaldan 110 kilovoltluq transformatorlarının heç biri qorunmamışdı. Dövlət Bərpa Agentliyi gecə-gündüz çalışaraq artıq onlarla transformatoru tor və beton armaturla qoruyub, həmçinin elektrik stansiyalarını möhkəmləndirib.

Ümumilikdə vəziyyət daha qaranlıq görünür

Rusiya ballistik raketlərin istehsalını artırıb və hazırda ayda təxminən 100 raket istehsal edir. Bu, interceptorların tədarükünün kəskin azaldığı vaxta təsadüf edir.

Bununla yanaşı, Kiyevdəki nəhəng istilik elektrik stansiyaları tam şəkildə qorunmaq üçün həddindən artıq böyükdür.

Digər təhlükə isə son hücumlar zamanı yüzlərlə ədəd istifadə edilən reaktiv mühərrikli pilotsuz uçuş aparatlarıdır. Hazırda onlara qarşı yeganə effektiv müdafiə vasitələri bahalı qırıcı təyyarələr, daşınan zenit-raket kompleksləri və ya zenit toplarıdır.

Ukraynanın hava hücumundan müdafiə komandanlığındakı mənbə bildirib ki, son hücumlar zamanı bu vasitələrin kombinasiyası reaktiv dronların yalnız 30 faizini məhv edə bilib.

Nəşr yazır: “Daha narahatedici məqam odur ki, dronlar ballistik raketlərin dörd il ərzində vura bilmədiyi dəyərli obyektləri məhv etməyə nail olub. Problemin daha da dərinləşəcəyi ehtimal olunur. Qərbin proqnozlarının əksinə olaraq, Rusiya reaktiv mühərrikləri geniş miqyasda istehsal etmək üsulu tapmış kimi görünür”.

Hava hücumundan müdafiə sahəsindəki mənbənin sözlərinə görə, Kreml sanksiyalardan yan keçərək "Rolls-Royce"un Qərbdəki zavodlarında istifadə olunan avadanlıqlara bənzər turbinlər üçün 3D çap avadanlığı əldə edə bilib.

Bu pilotsuz uçuş aparatlarının qiyməti iki dəfə və ya daha çox ucuzlaşaraq təxminən 50-70 min dollara düşüb və gələcəkdə daha da azalacağı gözlənilir.

“Ukrayna bu təhlükəyə lazımi səviyyədə hazırlaşa bilmədi, lakin bunda tərəfdaşlarımızın da günahı var”, deyə mənbə bildirib.

Jurnalistlərin fikrincə, hazırda Rusiyanın əsas diqqəti, ehtimal ki, "Ukrenerqo"nun tabeliyində olan təxminən 140 yarımstansiyaya yönəlib.

Rusiya yerli generasiya güclərini məhv edərsə, Kiyev, Odessa və Krivoy Roq kimi həssas şəhərlərin elektrik enerjisi ilə təmin edilməsi ciddi problemə çevriləcək.

Paytaxt xüsusilə həssas vəziyyətdədir

Kiyev ətrafındakı bəzi yarımstansiyaların ehtiyat enerji mənbələri yoxdur. Eyni vəziyyət şəhərin elektrik enerjisinin böyük hissəsini təmin edən atom elektrik stansiyaları ilə əlaqələrə də aiddir.

Su təchizatı sisteminin elektrik enerjisi ilə təminatı da təhlükə altındadır. Bu sistemin fəaliyyəti dayansa, kanalizasiya və mərkəzləşdirilmiş istilik təchizatı da işləməyəcək.

Paytaxtdakı 15 min binadan 2500-də ehtiyat istilik mənbəyi yoxdur.

Aydın