Xəbər lenti

Ölkə 12:47 17.03.2024

Azərbaycanlı şagird MIT-yə qəbul oldu

Azərbaycanlı şagird ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında məlumat dərc edib.

"Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbi olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fidan məktəbli olduğu dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə seçilib. Fidanı təbrik edir və təhsilində uğurlar arzulayıram”, deyə nazir bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?